XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 20 Oktyabr 2026 ✦ 19:18:12 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda hava dəyişəcək: leysan, şimşək və dolu gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sentyabrın 5-i günün ikinci yarısından etibarən dağlıq ərazilərdə, sentyabrın 6-sı gündüz saatlarından başlayaraq isə ölkənin şimal və qərb rayonlarında hava şəraitinin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılı hava şəraiti sentyabrın 8-i səhərədək bəzi yerlərdə fasilələrlə davam edəcək.
Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna edilmir.

Odlar.media

Etiketlər: