Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İspaniyanın yürütdüyü siyasəti tənqid edərək ölkənin miqrasiya siyasəti səbəbindən ciddi təhlükə ilə üzləşdiyini bildirib.
Trampın sözlərinə görə, miqrant axını davam edərsə, İspaniya “xarabalığa çevrilə” bilər.
“Miqrant axını səbəbindən ölkə xarabalığa çevriləcək. İspaniya məhv ediləcək. İspaniya ilə problemim var, çünki onlar NATO ilə yaxşı iş görmürlər və borclarını ödəmirlər”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin İspaniya sərhədində miqrant axınının artmasına diqqət çəkib.
“Minlərlə insan İspaniya sərhədini keçməyə çalışır. Əvvəllər heç vaxt belə bir şey görməmişik”, – Tramp qeyd edib.
ABŞ Prezidenti daha əvvəl də İspaniyanı NATO çərçivəsində müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda tənqid edib. İyul ayında isə Tramp İspaniya ilə ticarətin dayandırılması barədə göstəriş verdiyini açıqlamışdı.
Odlar.media
