XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:21 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Moskva vilayətinə bir ayda 8 670 PUA buraxılıb – Mer açıqladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, avqust ayı ərzində Moskva vilayəti istiqamətində ümumilikdə 8 670 pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, PUA-ların böyük əksəriyyəti paytaxta çatmamış, uzaq məsafədə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Sobyanin bildirib ki, 795 PUA Moskva şəhərinə yaxınlaşarkən məhv edilib. Onun açıqlamasına əsasən, sözügedən statistika avqustun 1-i saat 08:30-dan sentyabrın 1-i saat 08:30-dək olan dövrü əhatə edir.
Odlar.media qeyd edir ki, Moskva və ətraf vilayətlər son aylarda PUA hücumlarının intensivləşdiyi istiqamətlərdən biri olaraq qalır.

Etiketlər: