Odlar.media xəbər verir ki, tanınmış televiziya aparıcısı və media mütəxəssisi Lamiyyə Ələkbərova fəaliyyətini yeni televiziya kanalında davam etdirəcək.
Əldə olunan məlumata görə, Lamiyyə Ələkbərova TMB kanalında icraçı direktor vəzifəsinə təyin olunub. O, artıq bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb.
Televiziya sahəsində uzunillik təcrübəyə malik olan Lamiyyə Ələkbərova müxtəlif illərdə bir sıra aparıcı media qurumlarında rəhbər vəzifələrdə çalışıb.
O, 1995–2006-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı kimi fəaliyyət göstərib. Daha sonra 2006–2017-ci illərdə Lider Televiziyasında baş rejissor və direktor müavini vəzifələrində çalışıb.
Lamiyyə Ələkbərova 2017–2018-ci illərdə İctimai Televiziyanın Musiqi və xüsusi layihələr departamentinə rəhbərlik edib. 2018–2023-cü illərdə Mədəniyyət kanalında direktor müavini, 2023–2026-cı illərdə isə MTV Azərbaycan kanalında Musiqi departamentinin direktoru vəzifəsini tutub.
Onun TMB kanalındakı yeni fəaliyyəti ilə bağlı qarşıdakı dövrdə həyata keçiriləcək layihələr də maraq doğurur.
Mənbə: Odlar.media
