XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:22:21 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Dağlıq rayonlarda leysan və dolu ehtimalı: sel təhlükəsi ilə bağlı xəbərdarlıq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sentyabrın 1-i gündüz saatlarından sentyabrın 2-si axşamadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur.
Mütəxəssislər xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan və səfərdə olan vətəndaşları hava şəraitinin dəyişkənliyini nəzərə almağa çağırırlar.

Odlar.media

Etiketlər: