XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:55:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kürdəxanıda XIX əsrə aid Soltan Əli məscidi bərpa olunacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Kürdəxanı qəsəbəsində yerləşən və XIX əsrə aid olan Soltan Əli məscidində mərhələli şəkildə bərpa və konservasiya işlərinin aparılması nəzərdə tutulur.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti APA-nın sorğusuna cavab olaraq məlumat verib.

Dövlət Xidmətindən bildirilib ki, Soltan Əli məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi hesab olunur. Hazırda qəzalı vəziyyətdə olan məscidin bərpası üçün dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.

Qeyd olunub ki, məscidin bərpası investisiya layihələrinin icrası çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə Kürdəxanı qəsəbəsində yerləşən Soltan Əli məscidinin qəzalı vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Odlar.media

Etiketlər: