Odlar.media xəbər verir ki, “Azimut” aviaşirkətinə məxsus “Superjet” təyyarəsi Sankt-Peterburq-Tbilisi reysi həyata keçirərkən Nijni Novqorod üzərində fövqəladə vəziyyət siqnalı verib.
Hadisə təyyarənin təxminən 10,5 min metr yüksəklikdə uçduğu vaxt baş verib. Pilot kabinəsində baqaj bölməsində mümkün yanğınla bağlı xəbərdarlıq siqnalı işə düşüb.
Ekipaj beynəlxalq “Mayday” qəza siqnalı verərək yanğınsöndürmə sistemini işə salıb. Daha sonra təyyarənin Nijni Novqorod hava limanına məcburi endirilməsi qərara alınıb.
Təyyarədə 99 sərnişinin olduğu bildirilir. Eniş uğurla həyata keçirilib və hadisə nəticəsində xəsarət alan olmayıb.
Təyyarəyə baxış zamanı baqaj bölməsində hər hansı yanğın izinə rast gəlinməyib. Növbəti səhər təyyarə Moskvaya uçub və texniki yoxlamadan keçirildikdən sonra yenidən reyslərə buraxılıb.
Odlar.media
