Odlar.media xəbər verir ki, aparılan və planlaşdırılan təmir işləri ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, hərəkətin məhdudlaşdırılacağı küçələr və vaxtlar belədir:
Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi – avqustun 27-si saat 22:00-dan;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi – avqustun 27-si saat 22:00-dan;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi – avqustun 28-i saat 20:00-dan;
Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsi – avqustun 28-i saat 20:00-dan;
Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsi – avqustun 31-i saat 16:00-dan.
Sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və mümkün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Odlar.media
