🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 03:04   •   🌡️ Bakı

Məşhur aparıcı yenidən tələbə oldu – Psixologiya arzusu gerçəkləşdi

Odlar.media xəbər verir ki, tanınmış aparıcı Elnarə Təhməzova həyatında yeni mərhələyə qədəm qoyub. O, bu il Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb.
Televiziya rejissorluğu ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili alan Elnarə Təhməzova uzun müddətdir psixologiya sahəsinə xüsusi maraq göstərdiyini bildirib. Tanınmış aparıcı bu istiqamətdə təhsil almağı ən böyük arzularından biri hesab edib və nəhayət, istəyini reallaşdırmaq qərarına gəlib.
Təhməzovalar ailəsində bu il təhsil həyatı ilə bağlı ikiqat sevinc yaşanacaq. Belə ki, Elnarə Təhməzova ali məktəbə qəbul olduğu halda, oğlu Mikayıl da ilk dəfə məktəbə qədəm qoyacaq.
Beləliklə, ana və oğul üçün eyni ildə yeni dərs ili, yeni başlanğıclar və fərqli həyəcanlarla dolu maraqlı bir mərhələ başlayır.

Odlar.media