Odlar.media xəbər verir ki, Avstraliyada 10 yaşlı uşağın 2020-ci ildə Deal adasında tapdığı hörümçəyin elmə əvvəllər məlum olmayan yeni növ olduğu müəyyənləşdirilib.
Xarici mediaya istinadən verilən məlumata görə, Murphy Widdowson adlı uşaq adada qarşılaşdığı kiçik hörümçəyin hansı növə aid olduğunu öyrənmək üçün nümunəni alimlərə göndərib.
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində canlının əvvəllər elmə məlum olmayan canavar hörümçəyi növünə aid olduğu təsdiqlənib.
Yeni hörümçək növünə onu kəşf edən uşağın şərəfinə Artoriopsis murphyi adı verilib.
Alimlər bu kəşfin Avstraliyanın biomüxtəlifliyinin hələ tam öyrənilmədiyini göstərdiyini bildiriblər. Onların fikrincə, hadisə uşaqların təbiətə marağının və müşahidə qabiliyyətinin elmi araşdırmalara mühüm töhfə verə biləcəyini də nümayiş etdirir.
Odlar.media bildirir ki, yeni növün uşağın adı ilə adlandırılması onun təbiətə marağının elmi kəşflə nəticələnməsinin diqqətçəkən nümunəsidir.
