🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 00:51   •   🌡️ Bakı

Professor Qulu Məhərrəmli: KOÇARYANIN QARA GÜNLƏRİ BAŞLADI

Professor, siyasi şərhçi Qulu Məhərrəmli Odlar.media-ya açıqlamasında Ermənistanda baş verən son hadisələrə münasibət bildirib.
Qulu Məhərrəmli deyib ki, Baş nazir Nikol Paşinyanın parlamentdə “Qarabağ hərəkatı”nın Ermənistan üçün zərərli olması barədə səsləndirdiyi fikirlər artıq öz nəticəsini göstərməyə başlayıb.
“Erməni mediasının yaydığı məlumata görə, Ermənistanın sabiq prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan saxlanılaraq Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Eyni zamanda, onun oğlu, “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryan da saxlanılıb və onun evində axtarış aparılıb.
İlkin məlumata əsasən, Robert Koçaryan korrupsiya ittihamı ilə istintaqa cəlb olunub. İş üzrə araşdırmanı Ermənistanın Antikorrupsiya idarəsi aparır.
Görünən odur ki, Koçaryan üçün siyasi baxımdan olduqca ağır günlər başlayıb. Paşinyanın Qarabağ klanına və onun siyasi irsinə qarşı mövqeyi sərtləşdikcə, Koçaryan və onun ətrafındakı şəxslərin vəziyyəti də getdikcə çətinləşir”, – deyə Qulu Məhərrəmli bildirib.

 

Mənbə: Odlar.media