🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 14:04   •   🌡️ Bakı

İlham Əliyev “Sabah” klubunu təbrik etdi

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

İlham Əliyev bildirib ki, yeni yaradılmış komandanın qısa müddət ərzində belə böyük uğura imza atması xüsusi sevinc və qürur doğurur.

Prezident paylaşımında Azərbaycanın klublarının ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ əldə etdiyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu nailiyyət Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin və ölkənin idman dövləti kimi mövqeyinin göstəricilərindən biridir.

İlham Əliyev “Sabah” klubuna qarşıdakı oyunlarda yeni qələbələr və uğurlar arzulayıb.