Odlar.media xəbər verir ki, Azərbaycanda qəbul imtahanlarının nəticələri açıqlanıb. Minlərlə abituriyent tələbə adını qazansa da, yüksək bal toplayan bəzi şəxslər istədikləri ixtisasa qəbul ola bilməyib.
Belə abituriyentlərdən biri də H.G. olub. O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir ali təhsil müəssisəsinə qəbul olmadığını açıqlayıb.
Məlumata görə, IV ixtisas qrupu üzrə imtahan verən H.G. yalnız tibb sahəsində təhsil almaq istəyib. Bu səbəbdən ixtisas seçimində yalnız “Tibb” ixtisasını qeyd edib. Lakin topladığı bala baxmayaraq, həmin ixtisas üzrə müsabiqədən keçə bilməyib.
H.G. gələn il yenidən imtahan verəcəyini və tibb ixtisasına qəbul olmaq üçün mübarizəsini davam etdirəcəyini bildirib.
Onun qərarı sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi istifadəçilər gəncin məqsədindən dönməməsini və əzmkarlığını təqdir edib, digərləri isə 610,4 balla universitetə qəbul olunmamasını təəccüblə qarşılayıb.
