Odlar.media xəbər verir ki, avqustun 24-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 33-38 dərəcə isti olacaq.
Bölgələrdə temperatur daha yüksək olacaq. Aran rayonlarında gündüz havanın temperaturunun 35-38, bəzi yerlərdə isə 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Naxçıvan bölgəsində hava əsasən yağmursuz keçəcək. Burada gecə 19-24, gündüz 33-38 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli və Ağdamda temperatur gecə 14-19, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Bəzi yerlərdə gündüz qısamüddətli yağış və şimşək ehtimalı var.
Şərqi Zəngəzurda hava əsasən yağmursuz olacaq. Gecə 13-18, gündüz 20-25, bəzi yerlərdə isə 31-36 dərəcə isti gözlənilir.
Qazax-Gəncə bölgəsində havanın temperaturu gecə 19-23, gündüz 34-39 dərəcə isti olacaq.
Şimal və şimal-qərb rayonlarında gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Aran və düzən rayonlarında isə temperatur 32-37 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək yüksələcək.
Lənkəran-Astara və ətraf rayonlarda hava əsasən yağmursuz olacaq. Havanın temperaturu gündüz 32-37, dağlıq ərazilərdə isə 25-30 dərəcə isti olacaq.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcəyi bildirilir.
