🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:11   •   🌡️ Bakı

İrandan ABŞ-a xəbərdarlıq: “Bu dəfə daha fərqli silahlardan istifadə edəcəyik”

Odlar.media xəbər verir ki, İran ABŞ-a mümkün yeni hərbi eskalasiya ilə bağlı xəbərdarlıq edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Hüseyn Möhəbi bildirib ki, müharibə yenidən başlayacağı təqdirdə Tehran əvvəlkindən fərqli və daha müasir silahlardan istifadə edəcək.
Onun sözlərinə görə, İran müdafiə imkanlarını daim inkişaf etdirir və daha dəqiq, texnoloji baxımdan təkmilləşdirilmiş silahlar istehsal edir.
General yeni silahların üstünlüklərinin döyüş başlıqlarının nəsli, zərbələrin dəqiqliyi və raketlərin uçuş məsafəsi kimi göstəricilərdə özünü göstərə biləcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ-ın İranla bağlı iqtisadi təzyiq siyasətini gücləndirməyə hazırlaşdığı barədə daha əvvəl məlumat yayılıb. Vaşinqtonun Tehranı beynəlxalq səviyyədə təcrid etmək məqsədilə müttəfiqlərini də bu siyasətə qoşulmağa çağırdığı bildirilir.