🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:11   •   🌡️ Bakı

Ursula Fon der Lyayen: Aİ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirir

Odlar.media xəbər verir ki, Avropa İttifaqı Ukraynanın anti-ballistik və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlər və tərəfdaş ölkələr Ukraynanın hava hücumundan müdafiə potensialının artırılması üçün birgə çalışırlar.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın hücumlarından qorunması üçün “Patriot” və digər hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduğunu dəfələrlə vurğulayıb.