🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Rusiya hava hücumundan müdafiəsi 726 Ukrayna PUA-sını vurduğunu açıqlayıb

Odlar.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 19-dan 20-nə keçən gecə ölkənin hava hücumundan müdafiə qüvvələrinin 726 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, PUA-lar avqustun 19-u saat 20:00-dan avqustun 20-si saat 08:00-dək Rusiya ərazisinin müxtəlif bölgələrində zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi PUA-ların Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan, Samara, Saratov, Tambov, Tula və Ulyanovsk vilayətləri, həmçinin Moskva vilayəti, Krasnodar diyarı, Krım, Tatarıstan və Azov və Qara dənizlərinin akvatoriyası üzərində vurulduğunu bildirib.
Nazirlik açıqlamasında hücumlar nəticəsində itki və dağıntılar barədə əlavə məlumat verməyib.