Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan mallara tətbiqi nəzərdə tutulan 50%-lik gömrük rüsumlarının qüvvəyə minməsini üç gün müddətinə təxirə salıb.
Tramp bildirib ki, qərar ABŞ və Kanada arasında ilkin razılaşmanın əldə olunması və sənədlərin yekunlaşdırılması ilə bağlıdır. Təklif olunan rüsumların Kanadadan ABŞ-a təxminən 20 milyard dollar dəyərində məhsula şamil olunacağı bildirilir.
ABŞ lideri, həmçinin Kanadadan ABŞ-a neft nəqlini nəzərdə tutan Keystone XL kəməri layihəsinin yenidən gündəmə gətirilə biləcəyini açıqlayıb. Layihənin əsas icazəsi 2021-ci ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası dövründə ləğv edilmişdi.
Bununla belə, Kanada tərəfi yekun razılaşmanın əldə edildiyini hələ tam şəkildə təsdiqləməyib və danışıqlarda bir sıra məsələlərin açıq qaldığı bildirilir.
