Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranı təslim olmağa çağırıb.
Tramp “Fox News”a açıqlamasında İranın “yaxşı poker oynadığını”, güc nümayiş etdirdiyini, lakin pərdəarxasında ciddi təzyiqlə üzləşdiyini bildirib.
ABŞ lideri Tehranın “ağ bayraq qaldırmalı” olduğunu vurğulayıb. Tramp həmçinin İranla bağlı hər hansı konkret zaman qrafiki olmadığını deyib.
Qeyd edək ki, Trampın bu açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir vaxtda səslənib.
