🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Cared Kuşner Netanyahuyla görüşüb – Qəzza planı müzakirə olunub

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə nümayəndəsi Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
“Times of Israel”in məlumatına görə, görüş Qüdsdə baş tutub. Kuşner danışıqlarda “Sülh Şurası”nın baş direktoru Nikolay Mladenov və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerlə birlikdə iştirak edib.
Tərəflərin əsas müzakirə mövzusu Tramp administrasiyasının Qəzza ilə bağlı 15 bənddən ibarət yol xəritəsinin irəlilədilməsi olub. Plan HƏMAS-ın tərksilah edilməsini və bunun müqabilində İsrail qüvvələrinin Qəzzadan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.
Qeyd edək ki, Kuşner bundan əvvəl Misirdə HƏMAS lideri Xəlil əl-Həyyə ilə də görüşüb. ABŞ nümayəndəsinin Qəzza üzrə diplomatik səfərləri planın icrası ilə bağlı tərəflər arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıyır.