🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:30   •   🌡️ Bakı

Azərbaycanda qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Odlar.media xəbər verir ki, dünən polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində bir avtomat silahı, 6 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 56 ədəd patron aşkar edilib.
DİN tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.