🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

Prezident: Horadiz–Ağbənd yolu demək olar ki, hazırdır

 

Odlar.media xəbər verir ki, Horadiz–Ağbənd avtomobil yolunun tikintisi üzrə əsas işlər artıq yekunlaşmaq üzrədir. Dəmir yolu layihəsində də tikinti işləri sürətlə davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Horadiz–Ağbənd avtomobil yolu hazırda demək olar ki, tam hazır vəziyyətdədir. Onun sözlərinə görə, layihə üzrə yalnız bir sıra xırda məsələlərin tamamlanması qalır.
Dövlət başçısı dəmir yolunun tikintisinin də sürətlə aparıldığını qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi layihənin icrasını istənilən vaxt sürətləndirə bilər. Lakin Ermənistan ərazisindən keçən hissə hazır olmadığı üçün hazırda buna ehtiyac görülmür.
Qeyd edək ki, Horadiz–Mincivan–Ağbənd istiqamətində avtomobil yolunun uzunluğu 124 kilometr, dəmir yolu xəttinin uzunluğu isə 114 kilometrdir. Hər iki layihə Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanır.