Odlar.media xəbər verir ki, Ağstafa rayonu ərazisində kişi meyiti aşkarlanıb.
Meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Aparılan araşdırmalar zamanı meyiti tapılan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z. Yolçiyev olduğu müəyyənləşdirilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Şəxsin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
