🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:09   •   🌡️ Bakı

Ağstafada qəbiristanlıq yaxınlığında kişi meyiti tapıldı

Odlar.media xəbər verir ki, Ağstafa rayonunun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında kişi meyiti aşkarlanıb.
Məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z. Yolçiyev olduğu müəyyən edilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Hazırda şəxsin ölüm səbəbi məlum deyil.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.