🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı söylədiyi xoş və səmimi sözlərə görə ona təşəkkür edib.
Bu barədə Azərbaycan Prezidentinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Prezident İlham Əliyev paylaşımında Məsud Pezeşkiana müraciətlə Azərbaycan və İran xalqlarının çətin və ağır günlərdə hər zaman bir-birinin yanında olduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, bölgədə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərib.
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – deyə Prezident İlham Əliyev bildirib.