XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:32:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əməkdar İncəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Əməkdar İncəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu 9 avqust səhər saatlarında vəfat edib.
Bu barədə APA-ya mərhum şairin oğlu Orman Çingizoğlu məlumat verib.
Bildirilib ki, Çingiz Əlioğlu ilə vida mərasimi avqustun 10-da saat 11:00-da Təzə Pir məscidində keçiriləcək. Şairin cənazəsi vida mərasimindən sonra dəfn ediləcək.
Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. O, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri ilə tanınıb.
Ədəbi yaradıcılığı ilə yanaşı, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə isə “Əməkdar İncəsənət xadimi” fəxri adlarına layiq görülüb.
Çingiz Əlioğlunun vəfatı Azərbaycan ədəbiyyatı və mədəniyyətində ağır itki kimi qiymətləndirilir.

Etiketlər: