Odlar.media xəbər verir ki, argentinalı futbol ulduzu Lionel Messinin atası və uzun illər onun meneceri olmuş Xorxe Messi vəfat edib.
Argentina mediasının yaydığı məlumata görə, 68 yaşlı Xorxe Messi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun bir müddətdir səhhətində ciddi problemlərin olduğu bildirilir.
Xorxe Messi Lionel Messinin futbol karyerasında mühüm rol oynayıb. O, uzun illər oğlunun meneceri kimi fəaliyyət göstərib və onun peşəkar karyerası ilə bağlı əsas qərarlarda iştirak edib.
Qeyd edək ki, 2026-cı ilin iyununda da Xorxe Messinin vəfat etməsi barədə yayılan məlumatlar yalan çıxmışdı. Həmin vaxt Messi ailəsi onun xəstəxanada müalicə olunduğunu və vəziyyətinin yaxşılığa doğru getdiyini açıqlamışdı.
Hazırkı vəfat xəbəri ilə bağlı isə ailənin rəsmi açıqlamasının verilib-verilmədiyi barədə məlumat yoxdur.
