🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:58   •   🌡️ Bakı

ƏMAS-da 65 mindən çox aktiv vakansiya var – maaşlar 10 min manata qədər yüksəlir

Odlar.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim edilmiş 65 mindən çox aktiv vakansiya mövcuddur.
Nazirliyin yaydığı məlumata əsasən, sistemdə yerləşdirilən vakansiyalar üzrə təklif olunan ən yüksək aylıq əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manatdır.
Bildirilib ki, işsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.
Müraciət zamanı karyera məsləhətçiləri tərəfindən vətəndaşın məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq şəxsə münasib vakansiyalar təklif edilir və seçilmiş vakansiya üzrə müraciəti rəsmiləşdirilir.