🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:15   •   🌡️ Bakı

Bakı, Sumqayıt və Abşeronda avqust ayı üzrə pensiyaların ödəniş tarixi açıqlandı

Odlar.media xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayına aid pensiyaların ödəniləcəyi tarix məlum olub.
Əldə olunan məlumata əsasən, sözügedən ərazilərdə yaşayan pensiyaçıların ödənişləri 14 avqust tarixində həyata keçiriləcək.
Qeyd edək ki, ötən ay da bu kateqoriya üzrə pensiyalar eyni tarixdə ödənilmişdi.
Respublikanın digər şəhər və rayonları üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə ödəniş tarixləri isə hələ açıqlanmayıb.