Odlar.media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata əsasən, hazırda paytaxt yollarında yalnız üç istiqamətdə nəqliyyat sıxlığı qeydə alınıb.
Məlumata görə, nəqliyyatın hərəkətində sıxlıq aşağıdakı ərazilərdə müşahidə olunur:
1-ci Gölkənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyədək olan hissədə.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən mövcud yol şəraitini nəzərə almaları və mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
