XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:24 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda hava əsasən yağmursuz keçib, bəzi rayonlarda qısamüddətli yağış yağıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bununla yanaşı, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Məlumata görə, Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə yağıntının miqdarı 1 millimetr təşkil edib.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 18 m/s qeydə alınıb. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21 m/s, Naxçıvanda isə 16 m/s-ə çatıb.
Havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 34 dərəcə, Naxçıvan Muxtar Respublikasında 38 dərəcə, Aran rayonlarında 39 dərəcə, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Etiketlər: