XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:23 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ağdərədə mina partlayışı: ANAMA əməkdaşları xəsarət aldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina partlayışı baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb. Partlayış zamanı digər əməkdaş, 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev də yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər dərhal rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. ANAMA-nın məlumatına əsasən, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Etiketlər: