Odlar.media xəbər verir ki, Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada pilotsuz uçuş aparatının (PUA) hücumu qeydə alınıb.
Başqırdıstanın rəhbəri Radiy Xabirovun açıqlamasına görə, hava hücumundan müdafiə qüvvələri növbəti PUA hücumunun qarşısını alıb. Vurulan pilotsuz uçuş aparatının qalıqlarının sənaye zonası ərazisinə düşməsi nəticəsində tüstülənmə baş verib.
Radiy Xabirov bildirib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hazırda fövqəladə xidmətlərin əməkdaşları hadisə yerində çalışır və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər.
