Odlar.media xəbər verir ki, Xalq artisti Alim Qasımovun ifasında səslənən yeni musiqi əsəri – “Cavanlığım” artıq rəsmi olaraq onlayn platformalarda yayımlanıb.
Mahnının musiqisi Asif Kərimliyə, sözləri isə tanınmış şair Tofiq Bayrama məxsusdur. Bəstənin aranjimanını Fərahim Sadiq hazırlayıb. Miks və masterinq işləri İmran İbrahimov tərəfindən həyata keçirilib. Klipin rejissoru isə Elşad Hüseynovdur.
Lirik məzmunu ilə seçilən “Cavanlığım” əsərində ötən illərə, gənclik dövrünə və itirilmiş məhəbbətə duyulan həsrət poetik dillə ifadə olunur. Mahnı Alim Qasımovun özünəməxsus ifa tərzi ilə dinləyicilərə təqdim edilib.
“Cavanlığım”ın rəsmi audio versiyası YouTube platformasında yayımlanıb. Dinləyicilər eyni zamanda əsəri müxtəlif rəqəmsal musiqi platformalarında da dinləyə bilərlər.
Mənbə: Odlar.media
