🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 09:18   •   🌡️ Bakı

Ukrayna Krımda Rusiya Hərbi Dəniz Donanmasının sürət katerləri bazasını vurdu

Odlar.media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri iyulun 29-na keçən gecə müvəqqəti işğal altında olan Krımın Mejvodnoye yaşayış məntəqəsi yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasına məxsus sürət katerlərinin yerləşdiyi bazaya zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi Teleqram kanalında məlumat yayıb.

Məlumata əsasən, sözügedən obyekt patrul xidmətinin təşkili, sahil mühafizəsi, logistika təminatı, eləcə də Rusiya Silahlı Qüvvələrinin maraqları naminə həyata keçirilən digər əməliyyatlarda istifadə olunan sürət katerlərinin texniki xidməti və təminatı üçün nəzərdə tutulmuşdu.

Ukrayna tərəfi əməliyyatın nəticələri ilə bağlı əlavə məlumat verməyib. Rusiya tərəfindən isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama yayılmayıb.