🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 16:39   •   🌡️ Bakı

İxtisas seçiminin başlanacağı tarix açıqlanıb

Odlar.media xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin avqustun 10-dan sonra başlanacağı gözlənilir.
Bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, ənənəvi olaraq ixtisas seçimi bütün imtahan nəticələri tam elan edildikdən sonra həyata keçirilir.
“Adətən ixtisas seçimi imtahan nəticələri tam elan olunduqdan, avqustun 10-dan sonra başlayır”, – deyə Vəfadar Misirov qeyd edib.