🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Biləsuvarda sürücü sükan arxasında həyatını itirib

Odlar.media xəbər verir ki, Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Niva” markalı avtomobili idarə edən 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb.
Bildirilir ki, sürücü sükan arxasında ürəktutması keçirərək həyatını itirib.
Qeyd edək ki, mərhum Biləsuvar rayonunda fəaliyyət göstərən pambıq şirkətlərindən birində aqronom vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.