🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:45   •   🌡️ Bakı

Ukrayna PUA-ları Belqorodda ticarət obyektini vurdu: ölən və yaralananlar var

Odlar.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Rusiya regional əməliyyat qərargahının yaydığı məlumata görə, PUA-lardan biri ticarət obyektini hədəfə alıb. Hücum nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin digər təfərrüatları və dəyən ziyanın miqyası barədə əlavə məlumat verilməyib.