🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:46   •   🌡️ Bakı

Biləsuvarda heyvandarlıq təsərrüfatlarının inkişafı diqqət mərkəzindədir – İcra başçısı fermer təsərrüfatına baxış keçirib

 

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Biləsuvar rayonunda heyvandarlıq təsərrüfatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda fəaliyyət göstərən yerli heyvandarlıq təsərrüfatlarından birinə baxış keçirib. Səfərin əsas məqsədi aqrar sahədə mövcud vəziyyətlə yerində tanış olmaq, fermerlərlə birbaşa ünsiyyət qurmaq və onların fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
Baxış zamanı sahibkar Əliyev Fuad Təzəxan oğluna məxsus heyvandarlıq təsərrüfatında heyvanların saxlanma şəraiti, yem bazasının təminatı, eləcə də süd və ət istehsalının artırılması istiqamətində görülən işlər barədə rayon rəhbərinə ətraflı məlumat verilib.
Faiq Qürbətov bildirib ki, heyvandarlıq Biləsuvar rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biridir. O, dövlət tərəfindən fermerlərə göstərilən subsidiyalar və digər güzəştlərin bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı fermerin təklif və müraciətlərini dinləyib, təsərrüfatın gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb və dövlət proqramının qarşıya qoyduğu hədəflərə nail olunması üçün belə təsərrüfatların fəaliyyətinin əhəmiyyətini qeyd edib.

 

 

Mənbə: Odlar.media