🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:09   •   🌡️ Bakı

Güclü külək Bakıda ağaclara ziyan vurdu

Odlar.media xəbər verir ki, ötən gündən etibarən müşahidə olunan güclü külək nəticəsində Bakı şəhərində 7 ağac, 22 ağac budağı sınıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin yaydığı məlumata görə, baş verən hadisələrdən sonra qurumun briqadaları operativ şəkildə ərazilərə cəlb olunub.
Bildirilib ki, əməkdaşlar tərəfindən sınmış ağacların kəsilməsi, eləcə də təhlükə yaradan sınmış budaqların budanaraq ərazidən götürülməsi təmin edilib.
Qurum güclü küləkli hava şəraitində vətəndaşlara iri ağacların yaxınlığında ehtiyatlı olmağı tövsiyə edib.