🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 15:58   •   🌡️ Bakı

Lamiyyə Ələkbərova atasının anım günündə duyğusal paylaşım edib

Odlar.media xəbər verir ki, aparıcı Lamiyyə Ələkbərova mərhum tarzən atası Ələkbər Ələkbərovun anım günü münasibətilə sosial şəbəkədə duyğusal paylaşım edib.
Aparıcı paylaşımında atasını böyük ehtiramla anaraq onun həyat və sənət yolundan bəhs edib.

Lamiyyə Ələkbərova paylaşımında bunları yazıb:

“Böyük sənətkar, savadlı insan, gözəl tarzən, mənim arxa-dayağım olan əziz atam. Allah sənə rəhmət eləsin. Bu gün anım günündür. Sən az yaşasan da, şərəfli, tərbiyəli, adlı-sanlı ömür yaşadın. Sənin adın və soyadın mənim üçün bir ömür boyu bəsdir. Məkanın cənnət olsun, mənim əvəzolunmaz idealım. Səninlə, adınla hər yerdə fəxr edirəm.”
Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb, sənətkarın xatirəsinə rəhmət və ehtiram ifadə edən çoxsaylı rəylər yazılıb.