🌐 Keçmişin izi, gələcəyin sözü
24 İyul 2026, saat 03:58   •   🌡️ Bakı

Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb

Odlar.media xəbər verir ki, Ermənistanda hərbi qulluqçu Narek Torosyanın ölümü ilə bağlı iki hərbçi saxlanılıb.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, ölkənin İstintaq Komitəsi saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.
Bildirilib ki, saxlanılanlardan biri – kiçik çavuş Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin üç bəndi, digəri isə həmin maddənin iki bəndi üzrə, ehtiyatsızlıqdan şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin 1 saylı hərbi hissəsində xidmət edən çağırışçı əsgər Narek Torosyanın ölümü ilə bağlı cinayət işi başlanıldığı açıqlanmışdı. Ermənistan İstintaq Komitəsi istintaq və digər prosessual hərəkətlərin davam etdirildiyini bildirib.
Məlumata görə, Narek Torosyan Çarensavan şəhərində anadan olub və Rusiya-Ermənistan Universitetinin Jurnalistika fakültəsinin tələbəsi idi.