🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 11:33   •   🌡️ Bakı

Zaur Baxşəliyev tənqidlərdən danışdı: “Sevginizlə nifrətiniz arasında qalmışam”

Odlar.media xəbər verir ki, teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə ünvanına yazılan müsbət və mənfi rəylərlə bağlı fikirlərini bölüşüb.
Aparıcı bildirib ki, izləyicilərin münasibəti bəzən qısa müddət ərzində tamamilə dəyişir və bu, onda ziddiyyətli hisslər yaradır.
“Yazırsınız ki, sizi çox sevirəm. Sevginizlə nifrətiniz arasında o qədər qalmışam. Buradan söymüsünüz, oradan sevmisiniz. Adam qalır iki daşın arasında. Bilmirsən sevirlər, yoxsa söyürlər. Sizin sevginizlə nifrətiniz bir dəqiqənin içində dəyişir. Burada sənə xoş söz yazır, keçib baxırsan, o tərəfdə söyürlər”, – deyə Zaur Baxşəliyev bildirib.
Teleaparıcının bu açıqlaması sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.