🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 11:30   •   🌡️ Bakı

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib

Odlar.media xəbər verir ki, Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında vəfat edib.
Məlumata görə, sənətkar İsraildə dünyasını dəyişib. Acı xəbər sosial şəbəkələrdə yayılıb və bir sıra yerli media orqanları tərəfindən təsdiqlənib.
Hazırda Tofiq Mirzəyevin ölüm səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Tofiq Mirzəyev Azərbaycan teatrı və kinosunun tanınmış simalarından biri olub. O, uzun illər aktyor və rejissor kimi fəaliyyət göstərərək milli mədəniyyətin inkişafına mühüm töhfələr verib.