🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 07:54   •   🌡️ Bakı

ABŞ ordusunun İrana yeni zərbə dalğası başa çatdı – CENTCOM açıqlama yaydı

Odlar.media xəbər verir ki, ABŞ ordusunun İran ərazisinə qarşı həyata keçirdiyi növbəti zərbə dalğası başa çatıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Bildirilib ki, CENTCOM qüvvələri ardıcıl on birinci gecədir İrana qarşı hərbi əməliyyatlar həyata keçirir. Məlumata əsasən, zərbələrin hədəfləri sırasında İranın əməliyyat mərkəzləri, dəniz obyektləri, təyyarə anqarları, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr və hərbi logistika infrastrukturu yer alıb.
Qeyd olunub ki, əməliyyatlar ABŞ-ın Şərq vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə saat 03:00) başlayıb.
CENTCOM-un açıqlamasına görə, zərbələrin əsas məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyini təhdid etmək imkanlarını zəiflətməkdir. ABŞ hərbi komandanlığı əməliyyatın başa çatdığını təsdiqləyib.