🌐 Keçmişin izi, gələcəyin sözü
21 İyul 2026, saat 11:01   •   🌡️ Bakı

Prezident İham Əliyev İspaniya Kralını dünya çempionluğu münasibətilə təbrik edib

Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı Əlahəzrət VI Felipeyə 2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının dünya çempionu olması münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən xoş arzularımı çatdırıram.”