🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 11:29   •   🌡️ Bakı

“Azeri Light” nefti 3% bahalaşdı – bir barelin qiyməti 89,51 dollara yüksəldi

Odlar.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 2,68 ABŞ dolları və ya 3% bahalaşaraq 89,51 ABŞ dollarına yüksəlib. Əvvəlki ticarət sessiyasında isə “Azeri Light” markalı neftin bir bareli 86,83 ABŞ dollarına satılıb.

Xatırladaq ki, 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.