🌐 Keçmişin izi, gələcəyin sözü
17 İyul 2026, saat 15:11   •   🌡️ Bakı

Gürcüstan Azərbaycanla enerji sazişlərini təsdiqləyib

Odlar.media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qaz tədarükü, eləcə də elektrik enerjisinin təchizatı və tranziti ilə bağlı imzalanmış sazişlərin təsdiqinə dair fərmanlar imzalayıb.
Sənədlərlə Azərbaycan və Gürcüstan hökumətləri arasında bu il mayın 18-də Bakıda imzalanmış hər iki saziş ratifikasiya olunaraq qüvvəyə minib.
Fərmanlara əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyinə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların tamamlandığı barədə Azərbaycan tərəfinə məlumat vermək, həmçinin sazişlərin bağlanması ilə bağlı Gürcüstan parlamentini və Prezidentini məlumatlandırmaq tapşırılıb.
Qeyd edək ki, hər iki fərman dərc olunduğu gündən – iyulun 15-dən etibarən qüvvəyə minib.