XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:55:12 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xorvatiya millisinin yeni baş məşqçisi bəlli oldu

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xorvatiya milli komandasının yeni baş məşqçisi vəzifəsinə Slaven Biliç təyin olunub.
Xorvatiya Futbol Federasiyası Zlatko Daliçlə yollarını ayırdıqdan sonra bu posta 57 yaşlı mütəxəssisi gətirib. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Slaven Biliç daha əvvəl də – 2006-2012-ci illərdə Xorvatiya milli komandasına rəhbərlik edib.
Təcrübəli çalışdırıcı məşqçilik karyerası ərzində Moskvanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş”, İngiltərənin “Vest Hem”, Səudiyyə Ərəbistanının “Əl İttihad”, İngiltərənin “Vest Bromviç” və “Uotford”, eləcə də Çinin “Beyjinq Qoan” klublarında çalışıb.

Etiketlər: