🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 12:43   •   🌡️ Bakı

Azərbaycanlı məktəbli Dünya Fizika Olimpiadasında tarix yazdı – ilk gümüş medal qazanan qız oldu

Odlar.media xəbər verir ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) gümüş medal qazanaraq Azərbaycan təhsil tarixində mühüm uğura imza atıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin yaydığı məlumata əsasən, Zeynəb Məhəmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanan ilk azərbaycanlı qız şagird kimi tarixə düşüb.
Bildirilib ki, Azərbaycan komandası bu nəticə ilə son 20 ildə Beynəlxalq Fizika Olimpiadasında əldə etdiyi ən yüksək göstəriciyə nail olub. Bu uğur ölkəmizin beynəlxalq elm olimpiadalarındakı mövqeyinin daha da möhkəmləndiyini göstərir.